30-dək şagird Naxçıvanı tanımaq üçün yola düşdü
- 23-03-2019, 13:21
- 741
Nərimanov rayonunun orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 30-a yaxın şagird Naxçıvanda olacaq.
Qeyd edək ki, martın 18-də tur-aksiyada iştirak edəcək şagirdlərin Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə görüşü baş tutub. Yolasalma mərasimində çıxış edən icra başçısının müavini İlqar Mirzəyev bu tur-aksiyanın məktəblilərin dünyagörüşünün zənginləşməsində önəmini vurğulayıb.
O bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası bir neçə ildir uğurla həyata keçirilir. Bu, dövlətimizin məktəblilərə göstərdiyi diqqət və qayğının təzahürüdür. Səfər çərçivəsində məktəblilər Naxçıvanın tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, qədim abidələri ilə tanış olacaq, geniş məlumat əldə edəcəklər. Sonra məktəblilər Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşüblər.