Xanım başçı yarmarkada
- 16-03-2019, 20:42
- 1 148
Satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib.
Yarmarkada əsasən rayonda istehsal olunan ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılıb.
Məhsullar alıcılara bazarlardakı qiymətlərdən 25-30 faiz ucuz təklif olunur.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova yarmarkaya baş çəkərək alış-veriş üçün yaradılan şəraitlə, məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıb, həm satıcılarla, həm də alıcılarla söhbət edib.
İcra başçısı yarmarkada süni qiymət artımının qarşısının alınması və qiymətlərin tənzimlənməsi, satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.