Hansı məşhur məhbusların adı Əfv Komissiyasına verilib? - SİYAHI
- 14-03-2017, 10:14
- 2 346
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, onların Prezident yanında Əfv Komissiyasına təqdim etdiyi siyahıda 24 nəfərin adı qeyd olunub:
"Həmin şəxslər arasında Əli İnsanov, İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları var.
Hüquq müdafiəçisi siyahıda olan şəxslərin azadlığa çıxacağına böyük ümidlərinin olduğunu bildirib".