Ramil Usubov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT
- 14-03-2019, 14:16
- 896
Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy rayon polis şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub.O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.
Xəbəri Gədəbəy Rayon Polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.