BNA-ya ciddi ittiham: 28 milyon hanı?
- 11-03-2019, 15:55
- 904
Axar.az xəbər verir ki, bu fikirləri İnternet Forumunun prezidenti Osman Gündüz Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyəti ilə bağlı apardığı kiçik araşdırma barədə danışarkən deyib.
O.Gündüz bildirib ki, NİİM-lə bağlı verdiyi açıqlamaya Bakı Nəqliyyat Agentliyi sözçüsünün aqressiv reaksiyasından sonra belə bir araşdırma aparmaq qərarına gəlib.
O.Gündüz bildirib ki, NİİM üçün BNA-ya 28 milyon ayrılması dəhşətdir:
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Nəqliyyat Agentliyinə veriləndən sonra bu sistemin bərpası, video-monitorla bağlı texniki xidmət, videorabitə işləri, server, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 28 000 000 manat vəsait ayrılıb.
Təsəvvür edin, son 1- 2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatı İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur”.