Bakının mərkəzində səhv yol nişanı quraşdırıldı - FOTO

Sosial

Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində qəribə yol nişanı quraşdırılıb.

Bu barədə yol-nəqliyyat eksperti Azər Allahverənov sosial şəbəkədə foto paylaşaraq məlumat verib.

"Aidiyyətı strukturlardan xahiş edirəm ki, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ilə akademik M.Mirqasımov küçəsinin kəsişməsində quraşdırılmış yol nişanını düz səviyyəyə gətirsinlər"-yazıb.

Ekspertin statusuna reaksiya verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bununla bağlı ölçü götürüləcəyini bildirib.