Məhkəmə tanınmış ginekoloqu 7 min AZN cərimələdi
- 11-03-2019, 12:16
- 979
Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.
G.Aslanova bildirmişdi ki, ötən ilin mayında “Caspian İnternational Hospital”da qeysəriyyə əməliyyatı ilə 3-cü övladını dünyaya gətirib. Cərrahiyyə əməliyyatı zamanı həkim onun sidik kisəsini deşib, lakin xəsarəti gizlədib. “Güclü ağrılarım vardı, qarnım şişmişdi. Səfərova məni təkrar müayinə etdi və bağırsaq keçməzliyi diaqnozu qoydu. Halbuki ilk gündən sidik kisəsini deşdiyini bilirmiş, sadəcə, vaxtı uzatmaq və beləliklə də, məsuliyyətdən yayınmaq istəyib”, -G.Aslanova baş verənləri danışıb.
G.Aslanova qeysəriyyə əməliyyatından sonra daha 2 əməliyyat keçirib, onun qarnından 10 litrdən çox maye çıxarılıb. Aldığı psixoloji travma nəticəsində körpəyə qulluq edə bilməyib.