Qazi Fərhad Əyyubovun müayinə və müalicəsi davam etdirilir
- 6-03-2019, 16:28
- 3 461
Azərbaycan Ordusunun zabiti F.Əyyubov döyüş zamanı göstərdiyi şücayətə görə MN-i tərəfindən medal ilə təltif edilib.
Qaziyə laiq görüldüyü medal onun xidmət etdiyi ordu birliyinin rəhbərliyi tərəfindən elə müalicə aldığı hospitalda da təltif edilib.
F.Əyyubov "xeberaz.az"-a səhhətinin yerində olduğunu və hər zaman bir zabit kimi Vətənə borclu olduğunu vurğulayıb. Qazinin atası R.Əyyubov oğlunun müalicəsinin aparılmasına, ona göstərilən diqqət və qayğıya görə MN-nin rəhbərliyinə öz minnətdarlığını bildirərək
- " Vətən sağ olsun! Oğlumun səhəttini diqqətdə saxladıqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə və ordu birliyi komandiri, General-Mayor Hikmət Həsənova öz təşəkkürümü bildirirəm. Hörmətli general hər gün bizimlə əlaqə saxlayaraq Fərhadın səhhəti ilə maraqlanır..."
Hal-hazırda Fərhad Əyyubovun müayinə və müalicəsi davam etdirilir.
Onuda qeyd edək ki, adı çəkilən General-Mayor Hikmət Həsənov vətənpərvər olmaqla yanaşı əsgər və zabitlərə göstərdiyi qayğıya, diqqətə görə daimi seçilən Generallardan biridir...