Hacıqabul rayon Polis Şöbəsinə rəis müavini təyin edilib

Sosial

Hacıqabul rayon Polis Şöbəsinə rəis müavini təyin edilib. Daxili işlər naziri general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə polis polkovnik-leytenantı Azər Nurəddin oğlu Hüseynov Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işi üzrə rəis müavini təyin olunub.

A.Hüseynov bundan əvvəl Hacıqabul rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini işləyib.