İş icraçıları “Xırdalan Xəz”i təmir etdirən sahibkar Akif Rəhimovu məhkəməyə verdilər: - “Pulumuzu ala bilmirik…”
- 5-03-2019, 09:33
- 907
Bağırov Hikmət bizimlə söhbətində bildirdi ki, həmin tikintidə- məhəccər, mərmər və digər aksesuar işlərini o görüb: ” Gördüyüm işin dəyəri 150 min manat olub. Bu məbləğdən 83 mini almışam, 67 min isə qalıb. Həmin borcu almaq üçün məhkəməyə şikayət etmişəm”.
Aslanov Xalıqverdi Tumas oğlu isə bildirir ki, məhkəməyə müraciətinə səbəb həmin zavodun kanalizasiya və santexnik işlərini görməsi müqabilində 35 manatdan cəmi 20 min 500 manat ala bilməsidir.
Nağıyev Miradəm Qubad oğlu isə deyir ki, zavodda plastik və alimunium qapı-pəncərə işlərini görüb: “Gördüyüm işin müqabilində 90 min ala bilmişəm, 54 minim isə qalıb”.
Digər iş icraçısı Hətəmov Oqtay isə bildirir ki, məkəmə ərizəsində dam örtüyü işlərini gördüyü və həmin işin müqabilində almalı olduğu məbləğdən cəmi 28 mini əldə etdiyini , sifarişçinin ona 21.500 manat borcu qaldığını göstərib.
Məhkəməyə müraciət edən sahibkarlar bildirdilər ki, həmin tikintidən pulunu tam ala bilməyənlərın sayı yalnız onlarla bitmir. Zavodun Süleymanov Azər Məmməd oğlu və başqa iş icraaçılarına da külli miqdarda borcunun qaldığı deyilir. Həmin şəxslərin də məhkəməyə şikayətlə müraciət edəcəkləri bildirilir.
Səslənən ittihamlarla bağlı qarşı tərəf kimi sahibkar Akif Rəhimovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da mövqeyini dinləməyə hazırıq.
Azinforum.az