Penitensiar Xidmətin əməkdaşı vətəndaşdan aldatma yolu ilə aldığı pulu niyə qaytarmır?
- 20-02-2019, 12:55
- 1 298
” Mən hazırda Abşeron rayonun Aşağı Güzdək kəndində kirayədə yaşayıram. Rayonda işsizlikdən əziyyət çəkdiyimə görə Abşeron rayonuna gəlib müvəqqəti yaşayıb özümə münasib iş axtarırdım. Özünü Ədliyyə Nazirliyinin işçisi kimi təqdim edən Məmmədov Zülfüqar Nəsib oğlu mənə söz vermişdir ki, guya məni münasib yaxşı bir işə qoyacaqmış və bunun üçün də onun istəyinə uyğun olaraq 2600 manat faizlə pul götürüb verdim. Lakin Zülfüqar məni aylarla süründürdü, elə həmişə də gözləməyimi məsləhət gördü. Zülfüqar əvvəlcə ƏN-nin Penitensiar Xidmətin 6-cı islah müəəssisəsində işləyirdi.
Zülfüqarın süründürməçilindən yoruldum. Bir tərəfdən də aylıq faiz pulları ödəməyim vəziyyətimi pisləşdirirdi. Məcbur olub Zülfüqarın iş yeri üzrə Nərimanov polis idarəsinə pulumun qayatarılması barədə şikayət ərizəsi yazdım. Tezliklə də 18 –ci polis bölməsindən Zöhrab Salmanov adlı təhqiqatçı ərizəmi araşdırdı və Zülfüqar dələduzluğunu ört-basdır etmək üçün mənə dəymiş ziyanın bir hissəsini 2150 manat pulu ödədi. Lakin yerdə qalan pulu aylar keçsə də ödəmək istəmir, yayınır. Bu arada Zülfüqarı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6-cı İslah müəssisəsindən 14-cü müəssisəsinə göndəriblər. Hazırda Zülfüqar mənə qarşı açıq-aşkar dələduzluğunu davam etdirir.
Ona görə də ümidim qalıb Ədliyyə Naziri hörmətli Fikrət Məmmədova və Penitensiar Xidmətin rəisi hörmətli general Ceyhun Həsənova. Mən Sizlərdən xahiş edirəm Penitensiar Xidmətin zabit əməkdaşı olan dələduz Məmmədov Zülfüqar Nəsib oğlundan pulumun qalan hissəsinin faizilə qaytarılmasına köməklik göstərəsiniz.”
Aktualinfo.org