Asif Əsgərovun “Yaşıl soyqırım”ına “DUR” deyən olacaqmı? – FOTOLAR
- 19-02-2019, 17:28
- 812
Sakinlər deyir ki, ağacların kəsilməsi ilə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ünvanlayıblar. Ancaq nazirliyin əraziyə gələn işçiləri tikinti firması ilə söhbətdən sonra bir daha həmin yerə ayaq basmayıblar.
Sakinlər iddia edir ki, tikinti firmasını Nəsiminin icra başçısı Asif Əsgərov himayə edir və buna görə onlara heç kim bata bilmir.
Sakinlərin çıxış yolu kimi Prezident Administrasiyasına getmək məcburiyyətində qalıblar. Ancaq orada onları qəbul edib, dinləyən olmayıb. Sadəcə prezidentə ünvanlanan məktublarını alıblar.
Sakiknlər ərazinin hasarlanıb ağacların kəsilməsinə etiraz olaraq yaxın günlərdə yolu bağlayaraq etiraz aksiyası keçirmək istədikləri bildiriblər.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək mümkün olmayıb. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.
AzEuroNews.com