Gömrük sistemindəki islahatlar prosesi dayanıb? - Səfər Mehdiyevin işi bura qədər imiş...
- 15-02-2019, 10:17
- 1 808
Bütün bunları DİA.AZ-a xatırladan DGK-dakı mənbə iddia edir ki, Səfər Mehdiyev "yuxarıların" məlum tələblərinə rəğmən, NK-nın son toplantısında tərif almasına söykənərək yenə də köhnə üsul-idarəyə keçid etməkdədir.
Mənbənin dia.az-a söylədikləri: "Gömrük sistemində bundan artıq dəyişiklik baş verməyəcək. Bu, gözlənilən idi də. Səfər Mehdiyev xarakterində olan biri heç bir zaman köklü islahatlara rəvac verə bilməzdi. Bütün ölkədə az qala inqilabi xarakter daşıyan yaxşıya doğru yenilənmələr müşahidə olunsa da, gömrüyə bağlanan ümidlər puça çıxdı".
Mənbə bildirir ki, yenə də köhnə qaydaya üstünlük meyilləri hiss olunur. Dia.az-a deyilənlər: "Bu gün sahibkarlar ən gözəl qaynaqdır.Onları danışdırsalar, hüquq-mühafizə orqanları onları dindirsə, gömrüklə bağlı real qənaətə gəlinə bilər. Onda aydın olacaq ki, Səfər Mehdiyev gələndən sonra sahibkarlar gömrükdə hansı çətinlikləri yaşayırlar".
Əlavə bilgilərimiz olacaq. İttihamlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...