Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
- 14-02-2019, 17:29
- 938
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.
Rayonlarda fevralın 14-ü axşamdan 17-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.