Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 50 min nəfəri işsiz qoyub? -Məntiqlə bu mümkündürmü?
- 13-02-2019, 11:52
- 848
04.02.2019-cu il tarixində isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Fəzail Ağamalının 50 min insanın işsiz qalması barədə iddiasını təkzib etdi. Lakin sosial şəbəkələrdə bu günün özündə də elə hesab edilir ki, işsizlik ordusunun yaranmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi günahkardır.
Bəs həqiqətənmi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 50 min nəfəri işsiz qoyub? Məntiqlə bu mümkündürmü?
Faktinfo.az əməkdaşı tikinti sektorunda önəmli yeri olan şirkət rəhbərlərindən biri ilə bu mövzuda söhbətləşib. Adının çəkilməsini istəməyən iş adamının bildirdiyinə görə, hələ Bakıda kütləvi şəkildə binalar ucaldığı dövrlərdə bir il ərzində bu sektorda 10 mindən çox insan çalışmayıb.Orta hesabla Bakı şəhərində il ərzində 150-200-ə yaxın bina tikilirdi.Hər binanın tikintisində isə maksimum 40-50 işçi iştirak edib. Bu isə o deməkdir ki,real işçi qüvvəsi 50 min rəqəmindən təxminən 5 dəfə azdır.Reallıq budursa,50 min rəqəmi haradan ortaya çıxıb?
Əlavə olaraq o da bildirilib ki, tikinti sektorunun inkişafında önəmli hesab edilən maliyyə qaynaqları xaricdən göndərilən vəsaitlər hesabına mümkünləşirdi.Bu məsələdə Rusiya, Türkiyə, digər Avropa ölkələrində işləyən soydaşlarımızın rolu önəmli yer tuturdu. Hazırda əvvəlki pullar ölkəmizə göndərilmir. Bu səbəbdən də yeni inşa olunan binalarda alıcılıq qabiliyyəti xeyli dərəcədə aşağı düşüb.Təbii ki, bu da iş adamlarında tikintiyə marağı kifayət qədər azaldıb.