Magistraturaya sənəd qəbulu bu gün başa çatır
- 11-02-2019, 19:46
- 897
Dövlət İmtahan Mərkəzindən daxil olan xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
Qeyd edək ki, 11 fevral saat 17:55-ə olan məlumata əsasən, 12551 bakalavr ərizə doldurub və onlardan 12079 nəfəri öz ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş, eləcə də digər bakalavrlar saat 23:59-dək elektron ərizələrini təsdiq edə bilərlər.
İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 11 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub və təsdiq etməlidir.