Prezident Administrasiyası önündə etiraz aksiyası keçirilib - VİDEO

Sosial

“Birlik” və “Hasil” MMC-dən mənzil alıb aldadılan vətəndaşlar bu gün Prezident Administrasiyası önündə etiraz aksiyası keçiriblər. Onlar deyirlər ki, 2011-ci ildə Xətai rayonunda tikilən bina istifadəyə veriləndə məlub ki, bir mənzili bir neçə vətəndaşa satılıb. Artıq 8 ildir döymədikləri dövlət qurumunun qapısı qalmayıb.