18 yaşlı Lalə də öldü - Say 6-ya çatdı...

Sosial

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb.
Reanimasiyada komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib.

L.Nəsirzadə də Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.

Xatırladaq ki, qəza günü Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova vəfat etmişdi.

***

Sumqayıt Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Nazxanım Cəlili bildirib ki, Lalə Nəsirzadə universitetin Tarix və çoğrafiya fakültəsinin 1-ci kurs tələbəsi olub. O, Bakıda yaşayırmış.