Xanım icra başçısı vətəndaşları fərdi qaydada qəbul edib

Sosial

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib.

Rayon İcra Hakimiyyətində baş tutan qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib. Müraciət edən sakinlərin qaldırdığı məsələ yerindəcə araşdırılıb və həll olunur.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə minnətdarlıq ediblər.