Baş DYP İdarəsinin maqnitləşmiş kabinetləri və adı olub cavab verilməyən telefonları
- 24-01-2019, 12:19
- 1 042
Redaksiyamıza müraciət edən Masallı rayon sakini C.Abıyevin rəsmi müraciətlərinə cavab almadığından dolayı əlaqə telefonlarından istifadə edərək məktubuna cavab tələb etmək istəyib. Amma internet portalında göstərilən məlumatlardakı şəhər nömrələrinin saatlarla çağırmasına baxmayaraq qarşı tərəfdən ALO deyən tapılmır.
DİN Baş DYP İdarəsinin rəisi Polis general – mayoru Zeynalov Ramiz Məhəmmədəli oğlu
Qəbul günləri həftənin V günü saat 15:00-17:00
Telefon: (+994 12) 590 81 64
DİN Baş DYP İdarəsinin rəis müavini Polis polkovniki Kazımov Elşən Kamal oğlu
Qəbul günləri həftənin II-VI günlərü saat 16:00-18:00
Telefon: (+994 12) 590 81 33
DİN Baş DYP İdarəsinin rəis müavini Polis polkovniki Şahbazov Mübariz İsrafil oğlu
Qəbul günləri həftənin III-V günlərü saat 11:00-13:00
Telefon: (+994 12) 590 81 02
DİN Baş DYP İdarəsinin rəis müavini YPX Alayının komandiri, polis polkovniki Əhmədov Balakişi Əhməd oğlu
Qəbul günləri həftənin I-IV günlərü saat 11:00-13:00
Telefon: (+994 12) 590 81 56
Görəsən qeyd edilən nömrələr Baş DYP İdarəsində həqiqətən mövcudurmu? ...Yoxsa elə göstəriş olsun deyə qeyd edilmiş nömrələrdir...? Bu suala yəqinki qarşı tərəf mövqe bildirəcəkdir.
BakuNews.Az