Bu həftə Azərbaycan məktəblərində qış tətili başlayır
- 22-01-2019, 12:16
- 1 417
2018-2019-cu dərs ilinin 5 günlük tətilinə yanvarın 27-də start veriləcək.
Tətil yanvarın 31-dək davam edəcək. Fevralın 1-də dərs olacaq.
Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.