Nəriman Baxşəliyev Sumqayıt Səhiyyə İdarəsində niyə duruş gətirə bilmədi?
- 21-01-2019, 12:32
- 3 517
Məlum olduğu kimi Nəriman Baxşəliyev artıq sözügedən idarənin Baş həkimi deyil. O bu məsul vəzifədə vur-tut bir il, bir neçə ay işləyə bildi. Sual oluna bilər,niyə? Ona görə ki, Səhiyyə İdarəsinin müdiri olmasına baxmayaraq kadr məsələlərinə Zakir Fərəcovun özü nəzarət edirmiş. Bütün Baş həkimlərin təyinatı Səhiyyə Nazirliyi tərəfindən deyil, məhz Zakir Fərəcov tərəfindən həyata keşirildiyindən Nəriman Baxşəıiyev autsayder durumunda qalıb. Məsələn şəhərdə fəaliyyət göstərən xəstəxanaların Baş həkimlərinin hamısının Zakir Fərəcovun yerliləri olması yanaşı, həm də müəyyən qohumluq telləri də mövcuddur. Elə 1 saylı Doğum Evinin Baş həkimi Təranə Rəcəbli İcra başçısının qudası qızıdır. Təranə Rəcəblinin bu vəzifəyə təyinatı və kimi yerinə oturması uzun müddət sumqayıtlıların dilindən düşmədi. Digərləri də həmçının hansı tellərləsə Zakir Fərəcova bağlı olan bu baş həkimlərlə Nəriman Baxşəliyev işləyə bilərdimi? Əlbəttə yox.
Elə bu günlərdə Sumqayıtda dolaşan söz-söhbətlərin əsas motivi də məhz bu məsəlidir.Nəriman Baxşəliyev Zakir Fərəcovun kadrı kimi Sumqayıt Səhiyyəsində niyə duruş gətirə bilmədi? Xüsusilə qeyd etməyimiz yerinə düşərdi ki, Zakir Fərəcov Sumqayıt şəhərinə İcra başçısı təyin olunduqduqdan sonra bərbad vəziyyətə düşmüş Sumqayıt şəhərindəki xəstəxana və poliklinikalar əzaslı təmir edildi, müasir tibbi avadanlıqlarla təchiz edildi. Təbii ki, təyin olunan Baş həkimlərin hesabına. Budcədən bu sahəyə ayrılan vəsaitlər isə məlum olmayan məqsədlərə israf edildiyindən Nəriman Baxşəliyev oyundan kənar vəziyyətində qalıb.
Aktualinfo.org əldə etdiyi məlumata görə Nəriman Baxşıliyev Sumqayıt şəhər Səhiyyə İdarəsinin Baş həkimi olmaq üçün xərclədiyi pullar batıb. Məlumata görə Nəriman Baxşəliyev bunun üçün əmməlli başlı summa xərc çəkibmiş. Çəkdiyi xərci çıxara bilməyən,üstəlik borca düşən, digər tərəfdın də Sumqayıt Səhiyyəsinə ayrılan külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şahidlik edən Nəriman Baxşəliyev bütün bu kimi məsələlərə görə daha Zakir Fərəcovun kadrı olmaq istəməyib. Son vaxtlar dövrü mətbuat və elektron kütləvi informasiya vasitələri onun işdən azad edilməsi barədə məlumatlar yaymışdılar. Gəzən şaiələrə görə hətta səhiyyənin sabiq Baş həkiminin həbs edilməsi də yer almışdı. Amma bu gün məlum olur ki, Nəriman Baxşəliyev tutduğu vəzifədən azad edilməyib. Deyilənlərə görə Nəriman Baxşəliyev Sumqayıt səhiyyəsindən sözün həqiqi mənasında baş götürüb qaçıb.
Aktualinfo.org