Sürücülərə qarşı sərt reydlər - Sərnişinlər endirilir+Video
- 10-03-2017, 14:40
- 1 926
Əməkdaşlarımız həmin ərazidə olub, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) apardığı reyd prosesini izləyiblər. Reyd zamanı sürücülərin sənədləri yoxlanılıb, mikroavtobusların içindəki sərnişin sayı qeyd olunub.
Avtobusun tutumundan daha çox sərnişin daşıyan sürücülər cəzalandırılıb və sakinlər mikroavtobuslardan aşağı endirilib.
Xatırladaq ki, ötən gün baş verən qəzada 5 nəfər ölüb, 22 nəfər yaralanmışdı.
“Qafqazinfo”