Günün ikinci yarısından hava pisləşəcək - Qərargahlar yaradılıb
- 16-01-2019, 12:36
- 819
Bu barədə report-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Mətbuat katibi bildirib ki, ETSN-in aparatında yaradılan dövlət qurumları və nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.
Milli Hidrometeorologiya Departamentində yaradılan qərargahdan isə müşahidə olunan proseslə bağlı ətraflı məlumatların (yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü) hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək. Məlumatlar ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı şəkildə çatdırılacaq.