Güclü külək olacaq - Nazirlikdən XƏBƏRDARLIQ

Sosial

Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.