Sumqayıt təhsilində nə baş verir? - Nazirin nəzərinə...
- 12-01-2019, 23:33
- 1 382
Ötən gün Conflict.az-ın əməkdaşı Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə aparılan yoxlamaların nəticələri ilə bağlı TN-nin, DNİ-nin əməkdaşı Məhəmməd müəllimlə telefon əlaqəsi saxladı. Suallarımızı aidiyyatı şəxslərlə məsləhətləşmədən cavablandıra bilməyəcəyini deyən Məhəmməd müəllimdən yoxlamada iştirak edən Aqşin müəlllimin əlaqə nömrəsini istədikdə isə cavab bu dəfə də ənənəvi oldu “özündən razılıq alım sonra”. Bizə razılıq alıb zəng edəcəyi vədini verən Məhəmməd müəllimdən isə günün sonuna kimi redaksiyaya hər hansı münasibət daxil olmadı.
9 saylı Sumqayıt şəhər tam orta məktəbində baş verən hadisə ilə bağlı araşdırmamızda münaqişə tərəflərindən biri olan direktor müavini Təranə Nəsirova ilə əlaqə saxlayan Conflict.az-ın əməkdaşına xanım müavin bildirdi ki, hələlik araşdırma gedir. “Edilən şikayətlər əsasında məktəbdə bir günlük yoxlama tədbirləri həyata keçirən nazirlyin Daxili Nəzarət idarəsnin əməkdaşları iddia etdiyim faktların demək olar ki, əksəriyyətinin bilavasitə şahidi oldular. Xatırladım ki, yuxarı sinif şagirdlərinin təhsil aldıqları sinifə daxil olan DNİ-nin əməkdaşları mənim ərizədə adlarını qeyd etdiyim şagirdlərin doğrudan da sinifdə olmadıqlarını öz gözləri ilə gördülər.” Əməkdaşımızın:
- Redaksiyaya daxil olan məlumata görə müvafiq “razılaşma” əsasında yuxarı sinif şagirdlərinin bir neçəsi mütəmadi olaraq dərs prosesində iştirak etmirlər. Həmin şagirdlər ya repititor yanına, ya da müxtəlif hazırlıq kurslarına gedirlər. Bu fakt doğudurmu?
- Bunu DNİ-nin əməkdaşları özləri də gördülər və aktlaşdırdılar.
- Bizdə olan məlumata görə bu işdə Həqiqət Abdullayevaya “Kaspi” təhsil mərkəzində çalışan Kənan Quliyev adlı şəxs “kömək” edir. Bu doğrudurmu?
- Araşdırma davam edir.
- Təranə xanım bizdə olan məlumata görə sizə şikayətinizi geri götürməyinizlə bağlı təzyiq olunub.
- Mən bu barədə danışmaq istəmirəm. Ötən gün 146 xidmətinə zəng edib araşdırmanın nəticələri ilə bağlı məlumat almaq istədim. Mənə yaxın günlərdə nəticə ilə bağlı məlumat verəcəklərini bildirdilər.
Təranə Nəsirova bizə məlum olmayan səbəblərdən baş verənlərlə bağlı geniş danışmaq istəməsə də, məsələnin artıq şəhər prokurorluğunda araşdırılması haqqında əlimizdə müəyyən bilgilər var. Və redaksiyaya daxil olan məlumatda o da öz əksini tapıb ki, Təranə müəllimənin Həqiqət Abdullayeva ilə bağlı şikayəti əsasında Sumqayıt şəhər prokurorluğuna çağırılan direktor köməkçisi Aynurə Abdullayevanın da prokuror köməkçisi Elviz Salayev tərəfindən izahatı alınıb. Araşdırmanın obyektivliyi baxımından Aynurə xanımla da telefon əlaqəsi saxlayan əməkdaşımıza direktor köməkçisi bu hadisə ilə bağlı danışmaq istəmədiyini dedi. Onu da xatırladaq ki, artıq üç şikayətçi xanımdan biri Yeganə Hüseynova şəhər prokurorluğuna təqdim etdiyi şikayət ərizəsini geri götürüb. Məktəbdəki mənbədən daxil olan məlumatda bildirilir ki, Yeganə Hüseynovanın ərizəsini geri götürməyinin əsas səbəbi onun Sumqayıt şəhər təhsil şöbəsində çalışan bacısı olub. Belə ki, şikayətçinin bascısına “Kimə istəyirsiniz şikayət edin, sonda hər şey yenidən Sumqayıta qayıdacaq.” – deyə xəbərdarlıq edilib. Qəribədir görəsən bu xəbərdarlığı edənlər Sumqayıtında Azərbaycan qanunları ilə idarə olunduğundan xəbərsizdirlərmi? Görəsən şikayət Sumqayıta qayıdanda nə baş vrəcək? Və görəsən bu cür xəbərdarlığı edənlər məktəbdə rus dili fənnini tədris edən Vüqar Abdullayevin işə çıxmadan hər ay əmək haqqı kartına köçürülən dövlət büdcəsindən ayrılan vəsaitin hara və ya kimə çatması ilə bağlı məktəb rəhbərliyinə hər hansı sual veriblərmi?
Mövzuya qayıdacağıq.
Redaksiya araşdırmada adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.