İki sayt fəaliyyətini dayandırdı

Sosial

“A24.az” və “GoldNews.az” xəbər portalları fəaliyyətini dayandırıb. Modern.az xəbər verir ki, bu barədə sözügedən orqanların baş redaktoru İlkin Mustafayev feysbukda məlumat yayıb.

Baş redaktor səbəbi açıqlamasa da, hər iki saytın dünəndən etibarən fəaliyyətini dayandırdığını qeyd edib.