Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Sosial

Bakı və Abşeron yarımadasında yanvarın 3-ü axşam saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Yanvarın 4-ü günün ikinci yarısından səhər saatlarınadək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Rayonlarda 4-5 yanvar tarixində qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.