Ali Məhkəmə Qarabağ Qazisinin hüquqlarını tanımadı - Q.Əliquliyevin ŞOK açıqlamaları VİDEO
- 27-12-2018, 18:48
- 1 200
Bakunews.az xəbər verir ki, dünən Ali Məkəmədə növbəti proses keçirildi. Prosesdə şok detallar açıqlanıb. Məsələdən,qanuni sənədlərdən xəbərsiz olan Ədliyyə orqanları da çarpaz məngənəyə salınıb.
Qeyd edək ki, əvvəlcə Ali Məhkəmə qarşısında çıxış edən Qərib Əliquliyev hüquqlarının kobud şəkildə pozulmasına cəhd edildiyini bildirdi. Qeyd etdi ki, əgər, qərar ləğv edilərsə qanunsuz əməl sahiblərinin arxasındakı adları açıqlayacaq.
Məhkəmə çıxışı zamanı Q.Əliquliyev onun haqqlı olduğu qərarın ləğvində Hikmət Mirzəyevin göstərişinin olduğunu qeyd etdi. O, bildirdi ki, Hikmət Mirzəyevin hakim Zakir Quliyevə təzyiq edərək Cəbrayılovların xeyrinə qərar qəbul etdirib.
Qeyd olundu ki Məlikməmməd Cəbrayılovun oğlu Polad Cəbrayılov Bakı şəhər prokurorunun müavini Mehman Qocayevlə dostluq bağlarından istifadə edir. Hikmət Mirzəliyevin köməkliyi ilə Ali Məhkəmənin hakiminin rəsmi sənədlərini heçə sayaraq Qərib Əliquliyevin əleyhinə qətnamə çıxarıb.
Q.Əliquliyev hüququnun pozulması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək, Haqqı tanınmadığı təqdirdə isə hüquqlarını Avropa Məhkəməsində axtarmalı olacaq.
Zərərçəkmiş həmçinin Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevayada müraciət edəcəyini bildirib.
Bakunews.az