Bayram günlərinin havası açıqlandı
- 27-12-2018, 15:57
- 1 136
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq:
“Əsasən, yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq”.
Məlumatda qeyd edilib ki, yanvarın 1-də gün ərzində mülayim, əsasən, yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.