Zakir Fərəcov qəzada yaralanan tələbələrə baş çəkdi – FOTOLAR
- 9-03-2017, 17:20
- 3 062
İcra başçısı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək qəza nəticəsində yaralananlara baş çəkib, yaralanan tələbələrin vəziyyəti ilə maraqlanıb.
Məlumat verilib ki, hazırda xəstəxanada 12 yaralı müalicə alır, onların vəziyyəti həkimlərin nəzarəti altındadır.
Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda qəza baş verib. Baş vermiş qəza nəticəsində 5 nəfər həlak olub. Üç nəfərə ambulator köməyi göstərilib, iki nəfər 1 nömrəli Klinik Tibbi Mərkəzə, 15 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, daha üç nəfər Xırdalan xəstəxanasına yerləşdirilib.