Əfv yaxınlaşır

Sosial

Əfv Komissiyası öz işini gələn həftə yekunlaşdıracaq.

Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid məlumat verib.

O, qeyd edib ki, komissiyanın növbəti iclası sabah baş tutacaq: “Həmin iclasdan sonra isə bir iclas qalır. O da gələn həftə keçiriləcək. Komissiyaya daxil olan bütün müraciətlərə baxıldıqdan sonra tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq ölkə başçısına təqdim olunacaq”.