“Bakutel 2018” müəmması: “Aztelekom” və “Bakı Telefon Rabitəsi” pulu kimə etibar edib?
- 18-12-2018, 12:03
- 1 588
Bildirək ki, “Aztelekom” MMC Bakutel 2018 sərgisi ilə əlaqədar gələn qonaqların şəhərin mərkəzində otellərə yerləşdirilməsi, konfransların və nahar, şam yeməklərinin təşkilinə 49 130 manat sərf edib. Bununla bağlı cumhuriyyet.az “Finans.az”-a istinadən bildirir ki, bu xidmətin təşkilinə dair cəmiyyət 3 dekabr 2018-ci il tarixində “Turac-MN” MMC ilə yuxarıdakı məbləğdə tender müqaviləsi imzalyıb. Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC həmin sərgi ilə əlaqədar olaraq qonaqlar üçün ziyafətlərin təşkili işləri və uçuş biletlərinin, sərgiyə dəvət olunmuş 50 nəfərlik qonaqlar üçün 4 gün ərzində nahar və şam yeməklərinin təşkili işlərinə dair “Yarpaq-N” MMC ilə 46 309 manat dəyərində müqavilə imzalayıb. Maraqlı məqam ondan ibarətdir ki, hər iki MMC eyni tarixdə və eyni ünvan üzrə dövlət qeydiyyatına alınıb.
cumhuriyyet.az