Qaydaları pozan sürücülər saxlanıldı
- 11-12-2018, 18:40
- 1 403
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə , reyd zamanı məlum olub ki, bir sıra avtobus və mikroavtobus sürücüləri müvafiq sənədləri, fərqlənmə nişanları olmadan qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. DYP və DANX-ın əməkdaşları tərəfindən avtomobilin üst hissəsinə qanunsuz olaraq yük yeri bağlayan, sərnişindaşıma və yük daşıma qaydalarını pozan sürücülər aşkarlanıb. Ümumilikdə 25 sürücü barəsində inzibati tədbirlər görülüb.