Bu dövlət qurumları qrant verə biləcək

Sosial

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə görə bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də həmin siyahıya daxil edilib.