Razim Məmmədov ilin sonunda ağır hesabat verməli olacaq- İddia
- 10-12-2018, 15:59
- 1 264
Saytımıza bilgi verən mənbə iddia edir ki, ilkin olaraq aparılan araşdırmaların sonucu olaraq toplanan materiallar yaxın günlərdə Milli Məclisə və Prezident Adminstrasiyasına da təqdim ediləcək. Xüsusilə də Mənzil Kommunal İstismar İdarələrində işçilərinin sayının artıq göstəriolməsi, əmək haqlarınınvə məzuniyyət pullarının şişirdilməsi faktları ortaya çıxıb. Xətai rayonunda yaşıllaşdırma tədbirləri, o cümlədən də digər təsərrüfat xarakterli işlərin icra edilməsi zamanı da böyük şişuirmələr və vergidən yayındıma halları qeydə alınıb.
Xatırladırıq ki, bir qədər əvvəl Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Məmmədov Xaliq Faiq oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. O, rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılmışdı. Razim Məmmədovun qohumu olduğu iddia edilən Xaliq Məmmədov sonradan azadlığa buraxıldı.
Lakin məlumatlı mənbəmiz iddia edir ki, Xaliq Məmmədov azadlığa buraxılsa da Xətai rayonunda Mənzil Kommunal Təsərrüfat Birliyində aparılan araşdırmalar başa çatmayıb. Araşdırmaların nəticəsi olaraq dekabrın sonlarına qədər isə Razim Məmmədovun cavabdeh olduğu bütün sahələrin yoxlanılacağı gözlənilir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.