Umayra Tağıyevaya yeni vəzifə verildi

Sosial

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.

Ekologiya və təbii sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib