Leysan, qar, külək - HAVA XƏBƏRDARLIĞI

Sosial

Dekabrın 1 və 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Bu barədə Bakıda və Abşeron Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Dekabrın 2-si gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Rayonlarda qeyri-sabit hava şəraiti dekabrın 2-si gündüzədək davam edəcək.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.