Sumqayıtda şöbə müdiri işdən azad olunub

Sosial

Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev tutduğu vəzifədən azad olunub.
N. Baxşəliyevin öz ərizəsinə əsasən müdir postunu tərk etdiyi bildirilir.
Qeyd edək ki, o 2017-ci ilin fevral ayından Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Hələlik müdir vəzifəsinə təyinat olmayıb.