Generalların məhkəməsi gedir
- 7-03-2017, 14:51
- 1 847
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının oxunması davam edib.
Dövlət ittihamçısı ittiham aktının Natiq Alıyevlə bağlı hissəsini elan edib. Polkovnik N.Alıyev özünü təqsirli bilmədiyini deyib.
Ardıyca Z.Məmmədovun ittiham olunduğu hissə elan olunmağa başlayıb, sonra fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.