Deputatla BDU-nun rektor əvəzi arasında qalmaqal.. - Belə deyirlər...
- 27-11-2018, 22:29
- 1 232
BDU-dan bu barədə redaksiyamıza məlumat veriləndən sonra əməkdaşlarımız hadisə yerində olublar və Rəna Qədirovanın dərs deməli olduğu auditoriyanın boş olduğu, beləliklə, müəllimin şəxsi intriqalarla oynadığı bəlli olub. «Təzadlar»ın əməkdaşları auditoriyanın boş olmasını videokadrlarla lentə alıblar.
Könül Haqverdiyeva BDU-nun rektor əvəzi ilə görüşüb…
Yaranmış problemlə bağlı dissertant Könül Haqverdiyeva bu səhər saat 11:20 radələrində BDU-nun rektor əvəzi İradə Əliyeva ilə görüşüb, baş verənləri ona ətraflı danışıb. Rektor əvəzi dərhal tapşırıq verib ki, Rəna Qədirovanı tapıb gətirsinlər. Lakin bu dəqiqələrədək Rəna Qədirova iş yerində olmayıb. Bütün bunlar hadisə şahidləri və əməkdaşlarımız tərəfindən foto və videolarla qeydə alınıb…
Beləcə, Bəxtiyar Əliyev plagiat olduğu iddia edilən və bu səbəbdən bütün mənbələrdə yox etdirdiyi namizədlik dissertasiyasının taleyini düşünmək əvəzinə, Ağdamdan məcburi köçkün, dissertant Könül Haqverdiyeva ilə münaqişəyə girişib. Allah xeyrini versin! Sonda neçə gündür onun xahişlərini edənlər də Allah şahidi olacaqlar ki, Bəxtiyar Əliyevin bu hərəkəti nə ilə nəticələnəcək. Kor və kar olmaq lazımdır ki, ölkə Prezidentinin Azərbaycanda yaratdığı sabitlik və sakitçiliyə kimlər və necə balta çalır.
Bizi izləyin, Bəxtiyar Əliyevin BDU-da «dövlət içində dövlət» prinsipsizliyinin hansı aqibət yaşaması barədə məlumat verəcəyik. Belə çıxır ki, çoxdandır BDU rektoru olmaq arzusunu gizlətməyən Bəxtiyar Əliyev indi də BDU-nun adının pis hadisələrdə hallanmasında maraqlıdır…
Tezadlar.az