Təhsil şöbəsinin müdiri işdən çıxarılıb

Sosial

Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova işdən çıxarılıb.

Təhsil Nazirliyi tərəfindən rayon təhsil şöbəsində araşdırmalar aparılıb, ciddi nöqsanlar aşkarlanıb.

X.Rüstəmovanın məhz bu səbəbdən vəzifəsindən kənarlaşdırıldığı bildirilir.