Azərbaycanda partlayışda ölənlər vəzifəli şəxsin yaxın qohumları imiş
- 22-11-2018, 12:47
- 1 401
Qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından meyiti çıxarılan 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı direktorun gəlininin anası, yəni qudasıdır. Hadisə nəticəsində 47 yaşlı qadının oğlu, 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlu da həlak olub.
Bildirilir ki, Nigar Tağıyeva həmin mənzildə yaşamırmış və ora qonaq gedibmiş.
Qeyd edək ki, partlayış nəticəsində binanın bir hissəsi çöküb, ümumilikdə 3 nəfər vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.