“Gənclər sağlam həyat tərzini seçirlər” mövzusunda tədbir
- 22-11-2018, 12:47
- 1 296
xalqxeber.az xəbər verir ki, ali və orta-ixtisas təhsil müəssisələrinin tələbə və müəllim kollektivlərinin iştirakı ilə keçirilən tədbirdə Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Şəhla Mirzəzadə, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyinin sədr müavini Leyla Yolçuyeva, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə rayon Komissiyasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın sədri İradə Mahmudova cari ilin ötən müddəti ərzində Komissiya tərəfindən keçirilmiş profilaktik tədbirlər haqqında və narkotiklərlə bağlı baş vermiş cinayətlərin statistikasından məlumat verib.
Tədbirdə Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu, yazıçı Asif Kəngərli müəllifi olan ziyanlı vərdişlərə qarşı maarifləndirici mövzulu “Bəla” əsəri barədə məlumat verərək gəncləri həmin filmə baxış keçirilməsinə çağırıb.