Qusarda çəkilən “Yeni yol nişanları” gülüş hədəfi oldu - FOTO

Sosial

Qusar ərazisində yol kənarına çəkilən nişanlanma işarələri zamanı yol verilən kobud səhv sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

Oxu.Az-ın məlumatına görə, yol-nişanlanma işləri yol kənarındakı peyinə məhəl qoyulmadan icra edilib.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin əraziyə baxış keçiriləcək:

“Ola bilsin ki, yolda rənglənmə işləri aparılarkən diqqətsizliyə yol verilib. Belə bir şey varsa, aradan qaldırılacaq”.

Qeyd edək ki, fotonu Facebook sosial şəbəkəsində “Кусары онлайн” səhifəsi paylaşıb.