İt saxlamaq üçün 30 sot torpaq ayrıldı - Eldar Əzizovdan sərəncam
- 8-11-2018, 15:58
- 1 294
Prosesdə üçüncü tərəf kimi cəlb edilən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək G.İslamovun iddiasını müdafiə etdiklərini bildirib.
E.Mansurov bildirib ki, daxili işlər naziri Ramil Usubov itlərin saxlanılması üçün torpaq ayrılması ilə bağlı meriyaya rəsmi müraciət edib. Onun əsasında Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verərək itlərin saxlanılması üçün Xəzər rayonu, Qala qəsəbəsində 30 sot torpaq ayırıb. Həmin sərəncam məhkəməyə təqdim edilib.
Tərəflərə bir ay müddət verilib. Həmin vaxt ərzində torpağa baxış keçiriləcək və tərəflərin razılığa gəlib-gəlməyəcəyi bəlli olacaq.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.