Xəzərdə balıqçılar təhlükədə - Külək qayığı aparır
- 8-11-2018, 14:23
- 1 082
Dövlət Dəniz Agentliyindən daxil olan xəbərə görə, məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır.
Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.