Leysanla bağlı xəbərdarlıq

Sosial

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Qurumdan daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında noyabrın 08-i gündüzdən 09-u gündüzədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 08-dən 09-u səhərədək Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var.