Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT
- 7-11-2018, 14:50
- 2 468
Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və İsmayılov Cabir Sabir oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati cəza tədbiri görülmüşdür.
31 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının, ləğv olunması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilmişdir, lakin 05 sentyabr 2018-ci il tarixdə Bİ Tİ YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin icraatında olan materialı nəzərdən keçirib qərarı qüvvədə saxlamışdır.
Azərbaycan Respublikası İcbari Sığortalar Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
"Günay Sığorta" ASC göstərilən qanuna əməl etmir, zərərçəkmişlərə sığorta ödənişi etmək əvəzinə hadisə materialların məhkəməyə yollayır ki, ödəniş etməsin.
Bununlada belə fikirləşirik ki, əhalinin sığorta maraqları azalmağa doğru gedir.
xalqxeber.az