“Kaspar”da pul qalmaqalı böyüyür - İTTİHAM
- 6-11-2018, 09:29
- 2 146
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbərlikdə baş verən dəyişikliklə bağlı bu gün açıqlama yayıb. Açıqlamada deyilir ki, şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir Əliyev Təchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin İdarəedilməsi departamentində davam etdirəcəklər. Amma əsas məsələ gizlədilir. Cəbrayıl Mahmudlunun qanunsuz əməlləri, Elman Qasımovun kimin himayəsində olması, onların nə qədər dövlət vəsaitlərini hansı üsullarla mənimsəmələri deyilmir.
Məsələn, ARDNŞ-in vitse-prezidentinin yerlisi olan Elman Qasımov elə onun himayəsindədir və demək olar ki, yetirməsidir. Bu adam təchizat şöbəsinin müdiri olana qədər çox kasıb olub, qohum-əqrəbasının köməyi ilə dolanıb. Lakin təchizat şöbəsinin müdiri vəzifəsinə keçəndən sonra əsl oliqarxa çevrilib.Əvvəllər neft kəmərləri ilə məşğul olub, deyilənlərə görə, boru kəmərlərini məhz E.Qasımovun nəzarəti altında kəsib-doğrayır və qara bazarda satırmışlar. Nəticəsi də pis deyil. E.Qasımov özünə saraylar ucaldıb, bahalı maşınlar alıb. Üstəlik bütün yaxın qohumlarını həmin şöbədə işə düzəldib... Cəbrayıl Mahmudlu da Elman Qasımova oxşar əməlləri ilə məşhurdur.
Redaksiyamıza yeni daxil olan məlumatları tam araşdırdıqdan sonra daha geniş məqaləni dərc edəcəyik.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.